Türkiyə də daxil olmaqla bir çox ölkə son bir həftədir şiddətli meşə yanğınları ilə mübarizə aparır.
Əlcəzairin şimalındakı meşə yanğınları da davam edən güclü külək səbəbindən sürətlə yayılıb.
Əlcəzair Daxili İşlər Nazirliyi, təxminən 8 min adamın iştirakı ilə 16 vilayətdə baş verən yanğına 529 yanğınsöndürmə tankeri və çox sayda yanğınsöndürmə helikopterinin müdaxilə etdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, ölkənin şimalında baş verən meşə yanğınlarında 10-u hərbçi olmaqla 34 nəfər həlak olub.
Follow @7timesaz