“Milan”la yoldaşlıq oyununu buraxan Arda Gülərin son durumu bəlli olub.
Offsideplus.az xəbər verir ki, sağ dizindən xəsarət alan 18 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə baş tutan məşqi dizi sarğılı şəkildə tərk etmişdi.
“Marca” nəşrinin məlumatına görə, Arda “Mançester Yunayted”ə qarşı keçiriləcək yoxlama görüşünü də buraxacaq. Futbolçunun zədəsi tam sağalmayıb və klub risk etmək istəmir.
Qeyd edək ki, “Real Madrid” – “Mançester Yunayted” matçı 27 iyul Bakı vaxtı ilə saat 04:30-da baş tutacaq.
Follow @7timesaz