Dünya

Fransada meşə yanğını səbəbindən nəqliyyatın hərəkəti pozulub

Fransada meşə yanğını səbəbindən nəqliyyatın hərəkəti pozulubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın cənub-şərqindəki Dənizkənarı Alplar departamentində, Nitsa şəhərindən 10 km aralıda yerləşən Kann-sür-Mer kommunasında təbii yanğın baş verib.

7Times.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, Kann-sür-Merdən keçən A8 magistralında nəqliyyatın hərəkəti pozulub. Həmçinin Antib-Nitsa marşrutu üzrə hər iki istiqamətdə qatarların hərəkəti də müvəqqəti olaraq dayandırılıb.

Yanğının söndürülməsində 80-ə yaxın yanğınsöndürən iştirak edir, səlahiyyətlilər helikopter də cəlb ediblər.

Kommuna meri Lüi Neqrin sözlərinə görə, yanğın təxminən 700 evə ziyan vura bilər.

Qeyd olunur ki, yanğının səbəbi hələ müəyyən edilməyib.