Türkiyəli müğənni Petek Dinçöz məşhur Azərbaycan mahnısı “Yandırdı qəlbimi”ni oxuyub.
7Times.az xəbər verir ki, sənətçinin meneceri Muharrem Yıldırım bildirib ki, ifaçı mahnıya klip çəkdirmək üçün obyektiv qarşısına keçib. Dayanmadan yaradıcılığında yeniliklər edən Dinçöz ekran işi üçün xüsusi hazırlıq görüb.
Bu ərəfədə isə Bülənt Ersoy sənətçiyə bahalı hədiyyə yollayıb. Belə ki, Bülənt klipdə geyinməsi üçün Dinçözə İngiltərədən 15 min funt-sterlinq (31 700 manat) dəyəri olan corab alıb. O, eyni zamanda özəl hazırlatdırdığı milyonluq “Harem” aksessuar kolleksiyasını da klipdə istifadə etməsi üçün Petekə yollayıb.
Qeyd edək ki, bəstənin müəllifi Novruz Feyzullayevdir.
(axşam.az)
Follow @7timesaz