Argentinalı ulduz futbolçu Mauro İkardi İstanbul klubuna qayıdır.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, İkardi və ailəsini İstanbula gətirəcək təyyarə Buenos Ayresdən havaya qalxıb.
Argentinalı hücumçunun bu axşam Türkiyədə olacağı bildirilir.
Məlumatda “Qalatasaray”ın bu transfer üçün PSJ-yə 10 milyon avro ödəyəcəyi qeyd olunub.
Xatırladaq ki, İkardi ötən mövsüm icarə əsasında forma geyindiyi “Qalatasaray”da 26 oyunda 23 qol vurub, 8 məhsuldar ötürmə edib.
30 yaşlı forvardın Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Follow @7timesaz