Rusiyanın Ukraynanın Dnepr şəhərinin yaxınlığına zərbə endirməsi nəticəsində 5 nəfər yaralanıb.
7Times.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Raket çoxmərtəbəli yaşayış binasına düşdüyü üçün yaralıların sayının artacağı istisna edilmir.
Yaralıların hamısına xəstəxanaya yerləşdirilmədən tibbi yardım göstərilib.
Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Sergiy Lısak deyib ki, Dneprdə raket zərbələri nəticəsində inzibati binada yanğın qeydə alınıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Dneprdə Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib.
Follow @7timesaz