Dünya

Rusiyanın “Taxıl sazişi”nin bərpa olunması üçün irəli sürdüyü şərtlər açıqlanıb

Rusiyanın “Taxıl sazişi”nin bərpa olunması üçün irəli sürdüyü şərtlər açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Türkiyə, Ukrayna və BMT arasında imzalanan və artıq müddəti başa çatan “Taxıl sazişi”nin bərpa olunacağına ümid var.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i danışıqlarda iştirak edən Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, sazişin bərpa olunmasına ümid var. Bunun üçün Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı zəmanət verməlidir.

Qeyd olunub ki, Ankaranın istədiyi də məhz budur: “Lakin indiki mərhələdə heç bir proqnoz vermək mümkün deyil”.

Mənbənin sözlərinə görə, vəziyyət tamamilə Qərbin Rusiya ixracına maneələri aradan qaldırmasından asılıdır.