“Qarabağ”la ÇL-nin II təsnifat mərhələsinin cavab oyunu üçün dünən Bakıya gələn “Rakuv”un səfər xərci bəlli olub.
Offsideplus.az xəbər verir ki, Bakıda 3 gecə qalacaq komanda oyundan bir gün sonra ölkələrinə qayıdacaqlar. Bu barədə “sport.pl” saytı məlumat yayıb.
“Rakuv” bu müddət ərzində iki hoteldə məskunlaşacaq. Bunlardan biri komanda üzvləri, digəri isə VİP şəxslər, azarkeşlər və jurnalistlər üçündür. Səfər Çenhstohova təmsilçisi üçün 2 milyon Polşa zlota (226 min avro) başa gəlib.
Qeyd edək ki, “Qarabağ” – “Rakuv” matçı avqustun 2-si saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. İlk oyun Polşa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Follow @7timesaz