Rusiyanın Krasnoyarsk diyarında su təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
7Times.az xəbər verir ki, RF Fövqəladə Hallar Nazirliyi və prokurorluğun məlumatına görə, şəxsi su təyyarəsi Krasnoyarsk diyarının şimalında qəzaya uğrayıb.
Agentliyin məlumatına görə, təyyarədə iki nəfər olub, onlar ölüb.
Bildirilir ki, təyyarə yerli vaxtla saat 11.00 radələrində Dudinkadan havaya qalxarkən Krasnoyarsk diyarının Taymir Dolqano-Nenets bölgəsindəki Dudinka şəhərinin Lesobirj sənaye zonası ərazisində qəzaya uğrayıb.
Hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.