“Çelsi” növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, “zadəganlar” “Renn”in yarımmüdafiəçisi Lesli Uqoçukvunu sıralarına cəlb edib.
Bu keçid London təmsilçisinə 27 milyon avroya başa gəlib. Gənc Lesli 7+1 illik müqaviləyə imza atıb.
“Renn”in öz yetirməsi olan 19 yaşlı Uqoçukvu 2021-ci ildən klubun əsas komandasında oynayıb. Fransanın U-19 yığmasına da çağırılan orta xətt oytunçusu “Renn” forması ilə meydana çıxdığı 60 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Follow @7timesaz