Dünya

Aİ və Türkiyə Gömrük İttifaqı sazişinin yenilənməsini müzakirə edəcək

Aİ və Türkiyə Gömrük İttifaqı sazişinin yenilənməsini müzakirə edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) və Türkiyə avropalı tərəfdaşların və investorların etimadını bərpa etmək üçün Gömrük İttifaqı haqqında sazişin yenilənməsini müzakirə edəcək.

7Times.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Paolo Centiloni deyib.

Onun sözlərinə görə, tərəflər bir sıra mürəkkəb məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Türkiyə-Aİ Gömrük İttifaqı sazişi ilə bütün istehsal olunan məhsullar üçün vahid xarici tarif nəzərdə tutulur. O, emal edilmiş kənd təsərrüfatı məhsulları istisna olmaqla, xidmətlərə, dövlət satınalmalarına və ya kənd təsərrüfatına şamil edilmir.

P.Centiloni son iki həftə ərzində Türkiyənin maliyyə naziri Mehmet Şimşəklə iki dəfə görüşüb. Görüşlərin nəticəsi olaraq Avropa komissarı nazirin həm hökumətin iqtisadi planları, həm də Türkiyənin Aİ ilə münasibətlərinə dair müsbət açıqlamalarını eşitməkdə maraqlı olduğunu bildirib.

“Bloomberg”in məlumatına əsasən, yüksək səviyyəli Avropa rəsmiləri Türkiyənin Aİ ilə münasibətləri bərpa etmək səylərini alqışlayıblar.