Dünya

“Barbi” ərəb ölkələrində qadağan olundu

“Barbi” ərəb ölkələrində qadağan olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ABŞ istehsalı olan “Barbi” filminin izlənilməsini qadağan edib.

7Times.Az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb kimi isə filmdə olan bəzi səhnə və ideaların həmin ölkənin dəyərləri ilə üst-üstə düşməməsi göstərilib. Bildirilib ki, filmdə öpüşən iki qadın personajın təsviri müsəlman cəmiyyətlərin gözləntiləri ilə toqquşmur.

Həmçinin, Yaxın Şərqdəki dini inanclar da “Barbie” filminin qadağan edilməsində rol oynayıb.

Bundan əlavə, filmdə özünü gücləndirmə və ictimai normaların pozma mesajı bəzi dini doktrinalarla ziddiyyət təşkil etdiyi üçün ekran işi qadağan olunub.