Avqustun 2-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Bu barədə 7Times.az – a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Follow @7timesaz