Braziliyanın Rio-de-Janeyro, San-Paulu və Bahia ştatlarında polisin narkotik qruplarına qarşı keçirdiyi reydlər nəticəsində 43 nəfər ölüb.
7Times.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Braziliya polisi Rio de Janeyro şəhərində narkotik qruplarına qarşı təşkil etdikləri əməliyyatda çıxan qarşıdurmada 10 nəfərin öldüyünü açıqlayıb.
Şəhərdə həyata keçirilən əməliyyatda öldürülən 10 nəfər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstənin rəhbərinin də olduğu bildirilib.
San-Paulu əyalətində 5 gündür həyata keçirilən Qalxan Əməliyyatında aralarında polis olmaqla 14 nəfər həyatını itirərkən, ölkənin şimal-şərqindəki Bahia əyalətində 19 şübhəli zərərsizləşdirilib.
Sao Paulo sahilindəki Quaruja qəsəbəsində xüsusi təyinatlı polisin öldürülməsindən sonra başlayan Qalxan əməliyyatında polis 58 nəfəri saxlayıb və 385 kiloqram narkotik maddə ələ keçirib.
Quaruja əməliyyatını tənqid edən Braziliyanın ədliyyə naziri Flavio Dino polisin reaksiyasının törədilən cinayətlə mütənasib olmadığını bildirib.
Medianews.az
Follow @7timesaz