Taurida istiqamətində Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının 20-dən çox hərbi texnikasını məhv edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna ordusunun briqada generalı Aleksandr Tarnavski məlumat verib.“Müdafiə Qüvvələrinin artilleriya bölmələri gün ərzində 1436 atəş missiyasını yerinə yetirib. Rus ordusunun bir tankı, 9 zirehli döyüş maşını (ZZV), 4 artilleriya sistemi və minaatanı, 1 tank qumbaraatanı, 3 pilotsuz uçuş aparatı və 4 texnikası məhv edilib. Həmçinin rus işğalçılarının 6 silah-sursat anbarı da məhv edilib”, – deyə Tarnavski bildirib.
Follow @7timesaz