Əlcəzair iyulun 26-da üsyan nəticəsində dövlət başçısı Məhəmməd Bazumun hakimiyyətdən kənarlaşdırıldığı Niger Respublikasına mümkün hərbi müdaxiləyə qarşıdır.
“Report” xəbər verir ki, bunu Əlcəzair prezidenti Əbdülməcid Tebbun milli televiziyaya müsahibəsində bildirib.
Nigerdə baş verən hadisələrə toxunan prezident deyib ki, problemlər sülh yolu ilə həll edilməlidir:
“Nigerə hərbi müdaxilənin dalğalanması Əlcəzairə birbaşa təhlükədir və biz bunu tamamilə və qəti şəkildə rədd edirik. Nigerdə dövlət çevrilişi olub. Biz konstitusiya qanunauyğunluğunun tərəfdarı olduğumuzu təsdiqlədik. Və biz bu qanunauyğunluğa qayıtmalıyıq. Biz onlara kömək etməyə hazırıq”.
Follow @7timesaz