Dünya

Putinlə Ərdoğanın görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri və Zəngəzur dəhlizi müzakirə olunacaq

Putinlə Ərdoğanın görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri və Zəngəzur dəhlizi müzakirə olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizi məsələsi müzakirə olunacaq.

“Report” xəbər verir ki, bu barədə “Hürriyət” nəşrinin köşə yazısında bildirilib.

Qeyd edilib ki, liderlər həmçinin “Taxıl sazişi”nin bərpasını, Suriyadakı durumu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

Qeyd olunub ki, səfərin avqustun sonunda baş tutacağı gözlənilir.

Həm rəsmi Ankara, həm də Moskva görüş olacağını təsdiqləyib.

Görüşün dəqiq yeri və vaxtı isə hələ ki, məlum deyil.