Son zamanlar Avropada “Quran-i Kərim” kitabına qarşı vandalizm halları artıb. Danimarka və İsveçdə tez-tez oxşar insidentlər yaşanır.
7Times.az Türkiyə mediasına istinadən xəbər verir ki, belə hadisələrdən biri də yenidən Danimarkada qeydə alınıb.
Belə ki, incəsənət sahəsində fəaliyyət göstərən iranlı qadın Firuzə Bazrafkan İranın Kopenhagendə yerləşən səfirliyinin qarşısında “Quran-i Kərim”ı cıraraq onu sürtgəcdən keçirib. O bu hadisəni lentə alıb və öz yutub kanalında paylaşıb. Bazrafkan bunu İran rejiminə etiraz əlaməti olaraq etdiyini bildirib.
Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub.
Follow @7timesaz