Dünya

Polşa Belarus sərhədini gücləndirir

Polşa Belarus sərhədini gücləndirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Sərhəd Mühafizəçiləri ölkənin Belarusla sərhədinə əlavə 1000 hərbçinin yerləşdirilməsi ilə bağlı hökumətə çağırış edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Macey Vasik məlumat verib.

O, qeyd edib ki, bu çağırış Belarusla sərhəddə Polşa əsgərlərini hədəf alan təcavüzkar addımlardan sonra baş verib.

Qeyd edək ki, son həftələr Polşa hakimiyyətinin sərhəd təhlükəsizliyinin artırılması ilə bağlı bəyanatlarının sayı artıb. “Vaqner” hərbi birləşməsinin Belarusda yerləşdirilməsindən sonra təhlükəsizlik tədbirlərini gücləndirmək istəyən Polşanın sərhəddə əlavə 1000 hərbçi göndərməyi planlaşdırdığı bildirilir.