“Victoria’s Secret”-in yeni reklam kampaniyası “The Icon”da brendin keçmiş simaları supermodellər Naomi Kempbell, Jizel Bündhen, Adriana Lima və Kendis Sveynpol çəkilib.
OLAY yazır ki, onlara həmçinin Hailey Bieber, Emily Ratajkovski və Adut Akeç də qoşulub.
Bu reklam kampaniyası “Victoria’s Secret”-in böyük ölçülü modelləri işə götürmədiyi üçün tənqid edilməsindən sonra baş tutub.
Brend qeyri-təbii gözəllik standartlarını təbliğ etməkdə və həmçinin “mələklər” adlanan nümayəndələrini sərt fiziki parametrlərə uyğunlaşdırmağa məcbur etməkdə ittiham olunub.