Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş təşkil etməyi planşdırır.
“AzPolitika.info” xəbər verir ki, sözügedən konfransın 2023-cü ilin 30 noyabr tarixində Dubayda keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, bu görüşün təşkili Roma Papası Fransiskin xahişi və bəzi Avropa dövlətləri ilə razılaşdırıldıqdan sonra gündəmə gəlib.
Qərb diplomatlarının fikrincə, BƏƏ öz geosiyasi mövqeyindən istifadə edərək Ukraynada atəşkəsə nail ola biləcəyi üçün bir çox Avropa ölkəsi bu təşəbbüsə müsbət yanaşır. Görüşün keçirilməsində əsas məqsəd müharibəyə son qoymaq və tərəflər arasında dialoqu bərpa etməkdir.
Adı açıqlanmayan avropalı diplomatın sözlərinə görə, ABŞ Prezidenti Co Bayden də bu təşəbbüsü doğru hesab edib və bütün lazımi yardımları göstərməyə hazır olduğunu bildirib.
Follow @7timesaz