Moskvadan 50 km şimal-şərqdə yerləşən elektronika fabrikində baş vermiş partlayış nəticəsində 12 nəfər itkin düşüb.
7Times.az xarici mənbəyə isinadən xəbər verir ki, partlayış zamanı 1 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Federal İstintaq Komitəsinin Moskva regional bölməsindən Olqa Vradiy bildirib ki, pirotexnika şirkəti olan “Pyro-Ross” un əməkdaşı təhlükəsizlik qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıb.
Polis əməkdaşları partlayış nəticəsində ətrafdakı 38 yaşayış binası, iki məktəb, idman kompleksi və mağazanın zərər gördüyünü deyib.
Follow @7timesaz