Fransada koronavirusun omikron ştamının yeni variantı – Eris (EG.5.1) sürətlə yayılır.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.
Qeyd olunub ki, yoluxma halına daha çox kurort zonalarında rast gəlinir.
Məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz artdığı bildirilib.
Həmçinin 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artım olduğu vurğulanıb.
Alimlər yeni variantın ictimai riskinin o qədər də çox olmadığını düşünürlər.
Amma bununla yanaşı Erisin qlobal miqyasda yayıla bilməsi və yoluxma hallarının artması istisna edilmir.
Follow @7timesaz