“Şamaxı” klubunun sabiq hücumçusu Anatoli Abanq ilə azərbaycanlı xanımı Adella Hacıyevanın münasibətlərində ciddi problem yaranıb.
7Times.az sportinfo-ya istinadla xəbər verir ki, iki il öncə ailə quran cütlük artıq yola getmir. Hazırda Dubay klubunda çıxış edən kamerunlu legioner Hacıyevaya məxsus telefonun “WhatsApp”ını ələ keçirib.
Bu barədə 1 uşaq anasının özü paylaşım edib. O, istifadəsindəki votsapın Abanaq tərəfindən oğurlandığını bildirib, tanıdığı insanlardan onunla bu vasitə ilə əlaqə saxlamamalarını istəyib.
Məqaləyə dair fotomateriallar: