“Beşiktaş”da rəhbərlik Fransaya transfer etməyə hazırlaşır. Ağ-qara heyət transfer etmək üçün böyük səy göstərdiyi Ruslan Malinovski ilə üzbəüz görüş keçirəcək.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi transferində siyahının başında olan Ruslan Malinovski üçün klubu Marsel ilə 1 milyon Avro icarə haqqı və 9 milyon Avro opsionla razılaşan “Beşiktaş” futbolçunu razı salmaq üçün böyük səy göstərir.
Görüş zamanı futbolçuya “Beşiktaş”a gələcəyi təqdirdə komandada hansı rolu yerinə yetirəcəyi və klubun imkanları barədə məlumat veriləcək.. Menecerləri vasitəsilə İtaliya və İngiltərədə təkliflər ardınca gedən Şenol Günəş xüsusilə Malinovskini heyətində görmək istəyir.
Follow @7timesaz