Dünya

Rusiyalı ekspert: “Laçın dəhlizi” artıq olmayacaq!”

Rusiyalı ekspert: “Laçın dəhlizi” artıq olmayacaq!”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər Ağdam yolundan istifadə etmək istəmirlər, çünki o zaman Azərbaycandan asılılıqlarını etiraf etməli olacaqlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri postsovet regionu üzrə ekspert, jurnalist Kirill Krivoşeyev Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bildirib.

Krivoşeyevin sözlərinə görə, Laçına yolunun açılmasına nail olmaq üçün Ermənistan BMT Təhlükəsizlik Şurasına – nəzəri cəhətdən Bakını buna məcbur edə biləcək yeganə beynəlxalq struktura müraciət edib.

“Lakin Azərbaycan əmindir ki, öz ərazisində öz hüququ ilə hərəkət edir. Axı, əslində, Azərbaycanın keçid məntəqəsinin yerləşdiyi Laçın dəhlizi Azərbaycanın ərazisidir və onun üzərində öz qanunlarını müəyyən etmək hüququ var. Ağdam dəhlizində isə bundan da çoxdur”.”, – deyə rusiyalı ekspert vurğulayıb.

Krivoşeyev Qarabağdakı vəziyyəti Rusiya üçün çox çətin adlandırıb.

“Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yaradılmış “Laçın dəhlizi”nin fəaliyyət göstərməsinin təminatçısı kimi məhz Kreml çıxış edib. Amma hazırda Moskva heç nə edə bilməz. Ermənistanda təbii ki, bundan məyus olurlar və hesab edirlər ki, Rusiya Azərbaycanın Laçında qurduğu sərhəd zastavasının yığışdırılmasına nail olmalı idi”, – deyə ekspert əlavə edib.

Krivoşeyev hesab edir ki, Azərbaycan təşəbbüsü tamamilə öz əlinə alır.