Dünya

Britaniyada 3 Rusiya casusu tutulub – Bolqarıstan vətəndaşlarıdır və…

Britaniyada 3 Rusiya casusu tutulub – Bolqarıstan vətəndaşlarıdır və…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən üç Bolqarıstan vətəndaşı həbs edilib.

“AzPolitika.info” BBC televiziyasına istinadla xəbər verir ki, onların cinayət işinə Londondakı Old Bailey Mərkəzi Cinayət Məhkəməsində baxılır. İlk iclas 2024-cü ilin yanvarına planlaşdırılıb.

Məlumatda qeyd olunur ki, 45 yaşlı Orlin Russev, 41 yaşlı Bizer Djambazov və 31 yaşlı Katrin İvanova uzun müddət Böyük Britaniyada yaşayıblar. Onlar bu ilin fevralda həbs ediliblər.

İstintaqın məlumatına görə, Bolqarıstan vətəndaşları Rusiya xüsusi xidmət orqanlarında işləyirmiş. Saxlanılan şəxslərdə Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya vətəndaşlarının pasportları olduğu müəyyən edilib.

Bolqarıstanın Londondakı səfirliyi bildirib ki, diplomatik nümayəndəliyin ölkə vətəndaşlarının saxlanması ilə bağlı məlumatı yoxdur.