Ukrayna hava hücumu qüvvələri ən güclü bölmələrini döyüşə yollayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Forbes” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Marder” və “Stryker” döyüş maşınları, “Challenger 2” tankları ilə təchiz olunmuş 2000 nəfərlik 82-ci Hava Hücum Briqadası savaşın davam etdiyi Zaporojjye vilayətindəki Robotyne bölgəsinə yollanıb.
Həmçinin qeyd olunub ki, 82-ci və 46-cı briqadalar Ukrayna Baş Qərargahının ehtiyatda saxladığı son və əsas birləşmələrin tərkib hissəsidir.
Follow @7timesaz