Dünya üzrə 400-dən çox KİV nümayəndəsi koronavirusun qurbanı olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının başçısı Vladimr Sovolyov məlumat verib.
Onun sözlərinə görə, jurnalistlər koronavirusla bağlı yaranan yeni şəraitdə fəaliyyət göstərməyi öyrəniblər.
İttifaqın başçısı deyib ki, yaxın aylarda Rusiya KİV nümayəndələrinə çətin olacaq. Hazırda ölkədə jurnalistlərin çoxu onlayn sistemdə işləyir.
Follow @7timesaz