Aktrisa Aydan Axundzadə “İnsatgram” hesabında qayınanası Mehriban Əhmədova ilə bağlı paylaşım edib.
OLAY yazır ki, aktrisa qayınanası ilə çəkdirdiyi fotonu paylaşaraq onu ad gününü təbrik edib:
“Hər zaman, hər yerdə təkrar-təkrar deyirəm ki, görən, mənim nə boyda savabım var ki, Allah mənim önümə bu qədər özəl, mərhəmətli, sevgi və qayğı dolu, ana kimi qayınana çıxarıb. Bu gün onun doğum günüdür. Mənim həyatımın ən önəmli çağı məhz bu böyük insanla bağlıdır, çünki mənə xəyallarımda belə cəsarət edib, arzulaya bilməyəcəyim qədər mükəmməl həyat yoldaşı bəxş edib. Mənim hələ də böyüməkdə olan ailəmin təməl daşlarında bu xanımın danılmaz izi və böyük əməyi var. Sizi çox sevirəm! Yaxşı ki, bu enişli-yoxuşlu həyatda məhz sizə rast gəlmişəm. Sağlam və uzun ömrünüz olsun, gözəl ana! Doğum gününüz mübarək!”