2022-23 mövsümünün sonunda “Napoli”dən ayrılan Luçano Spaletti İtaliya millisini çalışdıracaq.
Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, bu vəzifədə Roberto Mançinini əvəzləyib.
Spaletti ilə 2026-ci ilədək müqavilə imzalanıb.
Qeyd edək ki, “Napoli” ötən mövsüm 64 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya çempionu olub.
Follow @7timesaz