Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəisi Vasili Malyuk Krım körpüsünə ilk hücumun detallarını açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə xarici KİV-ə müsahibəsində bildirib.
V.Malyuk qeyd edib ki, xüsusi əməliyyatı şəxsən özü və qurumun daha 2 etibarlı əməkdaşı hazırlayıb.
Onun sözlərinə görə, 21 ton partlayıcı maddə xüsusi rulonlarda körpüyə yerləşdirilib: “Qalınlığı elə seçmişdik ki, nəzarət-buraxılış məntəqəsindəki skanerlər partlayıcı maddəni aşkar edə bilməsin”.
V.Malyuk söyləyib ki, “ovçu” ləqəbli UTX zabiti körpüyə ikinci hücumda da iştirak edib.
Qeyd edək ki, 2022-ci il oktyabrın 8-də səhər saatlarında avtomobil partladılıb. Bu, Ukraynanın Krım körpüsünə ilk hücumu idi.
Daha sonra sözügedən obyektə hücumlar təkrarlanıb.
Xatırladaq ki, Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov ölkəsinin Krım körpüsünə hücumlarda əli olduğunu etiraf edib.
Follow @7timesaz