Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları gündəm olub.
7Times.az bildirir ki, o, “International Affairs” jurnalına müsahibəsində bunları deyib:
“Son vaxtlar Rusiyanın xarici siyasətində nüvə silahının rolu haqqında çox danışılır. Xatırlatmaq istərdim ki, Rusiyanın istifadə şərtləri doktrina sənədlərində tənzimlənir. Nüvə silahına sahib olmaq hazırda bəzi əhəmiyyətli xarici milli təhlükəsizlik təhdidlərinə yeganə mümkün cavabdır. Həmçinin, ölkəmiz nüvə müharibəsinin qəbuledilməz olduğu prinsipinə tam sadiqdir və belə bir müharibədə qaliblərin olmayacağına inanaraq hərəkət edir”.
“Bir çox siyasətçilər, xüsusilə Belarus prezidenti Aleksandr Lukaşenko və Macarıstanın baş naziri Viktor Orban dəfələrlə bildiriblər ki, Ukraynadakı münaqişənin dayandırılması Rusiya və ABŞ arasında həll olunmalıdır. Bununla razısınızmı?” sualını isə nazir belə cavablandırıb:
“Bu, Ukraynanın “ABŞ-nin kuklası” olduğunu və mühüm məsələlərin onlarla müzakirə olunmasını nəzərdə tutursa, məntiqlidir. Lakin problem ondadır ki, ABŞ-nin münaqişəyə son qoymaq niyyəti yoxdur. Onların məqsədi Rusiyanı hərbi, iqtisadi və siyasi cəhətdən mümkün qədər zəiflətməkdir. Buna görə də Vaşinqton razılaşmanın ancaq Ukrayna şərtləri ilə, yəni Zelenskinin sülh düsturu əsasında aparıla biləcəyi istiqamətində israr edir. Fikrimizcə, bu mövqe mənasız bir ultimatumdur”.
Rusiyanın savaşın ilk günlərindən müzakirəyə açıq olduğunu bildirən Lavrov fikirlərini bu cür davam etdirib:
“Danışıqlarla bağlı istəksiz olduğumuzla bağlı ittihamlar var. Aydındır ki, belə yanaşma Qərbin Rusiya ilə danışıqlar aparmaq niyyətinin olmasından xəbər vermir. Təəssüflə bildirirəm ki, Rusiya ilə Qərb arasında danışıqların mümkünlüyü indiki mərhələdə mümkün deyil”.
Sfera.az
Follow @7timesaz