Dünya

Ukraynanın müdafiə naziri istefa verə biləcəyini bildirib

Ukraynanın müdafiə naziri istefa verə biləcəyini bildiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə biləcəyini bildirib.

APA xəbər verib ki, bu barədə Reznikov “Klymenko Time” nəşrinə müsahibəsində deyib.

“Belə qərarlar dövlət başçısı tərəfindən verilir. Lakin istefamı istəyən insanlara gülmək gücüm və yumor hissim yoxdursa, özümü gedə bilərəm”, – deyə o bildirib.

Yanvar ayında Ukrayna Müdafiə Nazirliyi korrupsiya qalmaqalının mərkəzində olub.

Daha sonra Ukrayna mətbuatında departamentin məsul şəxslərinin ordu üçün ərzaq alarkən sui-istifadə etməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, Reznikov daha sonra Böyük Britaniyada səfir vəzifəsinə təyin edilməklə vəzifəsindən azad oluna bilər.