Rusiyanın Kursk vilayətindəki dəmiryol vağzalına dron hücumu olub.
APA xəbər verir ki, bu barədə qubernatoru Roman Starovoit “Telegram” kanalında məlumat verib
“Kurskda Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu. İlkin məlumata görə, o, vağzal binasının damına çırpılıb, ardınca damda yanğın başlayıb. Beş nəfər şüşə qırıqlarından yüngül xəsarət alıb”, – region rəhbəri bildirib.
Onun sözlərinə görə, bütün təhlükəsizlik xidmətləri yerindədir. Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.
Follow @7timesaz