Məlum olduğu kimi, bu günlərdə NATO Baş katibi aparatının başçısı Stian Yensenin Norveç mətbuatına verdiyi açıqlama böyük qalmaqala və Ukrayna rəsmilərinin kəskin etirazına səbəb olmuşdu. Həmin açıqalmasında NATO rəsmisi alyansa üzv olmaq qarşılığında Ukraynanın ərazi güzəştlərinə getməli olacağını söyləmişdi.
7Times.az xəbər verir ki, Danimarkada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin bu mövzuyla bağlı sualını cavablandırıb.
Zelenski Yensenin təklifinə ironiya ilə cavab verərək, NATO-ya üzvlük qarşılığında Ukraynanın yox, Rusiyanın torpaqlarını verməyə hazır olduqlarını bildirib: “Ərzilərin dəyişdirilməsi? Biz Belqorodu NATO-ya üzvlüyümüzə dəyişməyə hazırıq”.
Zelenski deyib ki, Ukrayna əks-hücumunun ləng getməsi barədə iddialar və buna görə Kiyevin ittiham olunması doğru deyil. O, ölkəsinin lazımınca silah-sursatla təmin olunmadığını deyərək, Ukrayna rəhbərliyinin “5-8 kilometr irəliləmək xatirinə böyük itkilər vermək” fikrində olmadığını bildirib.
Zelenskinin Rusiyanın Belqorod vilayətinin Ukraynanın NATO-ya üzvlüyünə dəyişməyə hazır olduğunu deməsi Kremldə hiddətlə qarşılanıb.
Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova həmişəki ampluasında çıxış edib və Zelenskini nəzərdə tutaraq deyib ki, “görünür onda “peredozirovka”(narkotiki dozasından artıq qəbul etmək) baş verib”.
“AzPolitika.info”
Follow @7timesaz