Hollandiya və Danimarka lazımi şərtlər yerinə yetirildiyi halda “F-16” təyyarələrini Ukraynaya göndərəcək.
“AzPolitika.info” xəbər verir ki, bunu Hollandiyanın baş naziri Mak Rutte “X” sosial şəbəkəsindən etdiyi paylaşımda bildirib.
“Biz ABŞ və digər beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Bu, Ukraynaya dəstəyimizin növbəti addımıdır. Biz Ukraynaya hərbi dəstək, humanitar yardım və yenidənqurma səyləri baxımından nəyin bahasına olursa-olsun dəstəyimizi davam etdirəcəyik”,- deyə o, bildirib.
Xatırladaq ki, Ukrayna lideri Volodimir Zelenski də Rutte ilə Ukraynaya göndəriləcək “F-16” təyyarələrinin sayı ilə bağlı razılığa gəldiyini açıqlayaraq, pilot və mühəndislərin təlimindən sonra təyyarələrin Ukraynaya çatdırılacağını qeyd edib.
Zelenski göndəriləcək 42 ədəd “F-16” təyyarəsinin Ukraynanın şəhər və kəndlərini mühafizə etmək üçün istifadə ediləcəyini bildirib və bu qərara görə Hollandiyaya təşəkkür edib.
Follow @7timesaz