Dünya

“Azərbaycanla əlaqələrimiz tamamilə yeni səviyyəyə qalxacaq” – Özbəkistan Prezidentinin mətbuat katibi

“Azərbaycanla əlaqələrimiz tamamilə yeni səviyyəyə qalxacaq” – Özbəkistan Prezidentinin mətbuat katibibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri ikitərəfli əlaqələri tamamilə yeni səviyyəyə qaldıracaq”.

“Report” xəbər verir ki, bunu Özbəkistan liderinin mətbuat katibi Şerzod Asadov “X”də yazıb.

O bildirib ki, Ş.Mirziyoyevin Azərbaycana səfəri həm iki ölkəyə, həm də daha geniş regiona fayda verəcək.

Ş.Asadov qeyd edib ki, bu, Ş.Mirziyoyevin iyulda yenidən Prezident seçilməsindən sonra Azərbaycana ilk dövlət səfəridir.

Qeyd edək ki, Özbəkistan lideri Ş.Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də Azərbaycana dövlət səfəri edəcək.

Səfər proqramı iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.

Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Danışıqların yekunu olaraq ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir.