Dünya

Putindən Ukraynada daha amansız olmağı tələb edirlər  Kreml rəhbəri isə seçkilərə hazırlaşır

Putindən Ukraynada daha amansız olmağı tələb edirlər – Kreml rəhbəri isə seçkilərə hazırlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya təhlükəsizlik qüvvələrinin rəhbərliyində olan bir sıra sərt xətt tərəfdarları Prezident Vladimir Putindən müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu istefaya göndərməyi, həmçinin Ukraynada hərbi əməliyyatları gücləndirməyi, ümumi səfərbərliyi və hərbi vəziyyətin tətbiqini istəyirlər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Rusiya elitasındakı beş mənbəyə istinadən yazıb. Agentlik Putindən daha sərt kurs tələb edənlərin adlarını çəkmir.

Agentlik vurğulayır ki, bu cür tələblər, iyunun sonunda Moskvaya qarşı silahlı kampaniya başlamış, Putinin də üsyan kimi qiymətləndirdiyi “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin tərəfindən irəli sürülüb.

“Bloomberg” yazır ki, Rusiya rəhbərliyində təmil olunan bir çoxları Putinin üsyançıların tələblərinə əməl etməsə də, əslində onları heç bir şəkildə cəzalandırmamasına təəccüblənib. Buna görə də Putinin “sabitliyin qarantı” reputasiyası zədələnə bilər. Bununla belə “Bloomberg” vurğulayır ki, ümumiyyətlə, Rusiya elitası hələ də Putinə alternativ görmür və status-kvonu dəstəkləyir.

Agentlik qeyd edir ki, Kremlin diqqəti 2024-cü il prezident seçkilərinə hazırlığına yönəlib və bir çox şərhçilər Putinin yenidən altı illik müddətə namizədliyini irəli sürəcəyinə inanır. Mənbələrin bildirdiyinə görə, Ukraynada davam edən müharibə ilə yanaşı, Rusiya Prezidenti son vaxtlar xüsusilə rublun məzənnəsi və iqtisadi sabitlikdən narahatdır.

“Bloomberg” həmsöhbətləri razılaşırlar ki, Putin seçkilər öncəsi inflyasiyanın artmasına imkan vermək istəmir, bu isə rublu sərbəst enişdən xilas etmək üçün tədbirlər tələb edir.

Agentlik Putinin beşinci müddətə namizəd olacağı və sanksiyalara, müharibə və iqtisadi çətinliklərə baxmayaraq, gücünün tükənmədiyini, möhkəm və inamlı olduğunu göstərmək üçün kampaniyalara start verəcəyini vurğulayır.