Türkiyəli müğənni Merve Özbeydən üzücü xəbər gəlib.
OLAY yazır ki, Özbey əməliyyatdan sonra yaranan fəsadlardan müalicə aldığını açıqlayıb. İfaçı bu səbəbdən 7 konsertini ləğv edib.
Sosial şəbəkədə paylaşım edən ifaçı “Bir müddət əvvəl keçirdiyim əməliyyatdan sonra bəzi fəsadlar yarandı. Xəstəxanada davam edən müalicə prosesi və həkimlərin məsləhəti ilə təəssüflə 30 avqusta qədər konsertlərimi təxirə salmalı oldum. Sağlam günlərdə yenidən görüşmək və birlikdə oxumaq arzusu ilə…”
Follow @7timesaz