Ölkə

Vəzifəli şəxslər CƏZALANDIRILDI – FOTO

Vəzifəli şəxslər CƏZALANDIRILDI – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay və Ağdaşda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan 7Times.az-a verilən məlumata görə, Göyçay rayonunun Bığır, Ağdaş rayonunun isə Orta Ləki kəndində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Göyçay və Ağdaş RPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.