Dünya

Türkiyədə FETÖ-çu keçmiş hakim Yunanıstana qaçmaq istəyərkən saxlanılıb

Türkiyədə FETÖ-çu keçmiş hakim Yunanıstana qaçmaq istəyərkən saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən keçmiş hakimi ölkədən qaçmaq istəyərkən saxlanılıb.

“Report” xəbər verir ki, o, dövlət sərhədinin Ədirnə istiqamətindən qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərib.

Məlumata görə, təhlükəsizlik qüvvələri Ədirnənin İpsala rayonu yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasında həyata keçirdikləri nəzarət tədbirləri zamanı vəzifəsindən uzaqlaşdırılan hakim H.Ö-ni yaxalayıb.

Hazırda şübhəlinin istintaqı davam etdirilir.

Qeyd edək ki, 1990-cı illərin sonundan ABŞ-də məskunlaşan “din xadimi” Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış bu gizli və transmilli terror təşkilatı təhsil və ictimai hərəkat pərdəsi altında dünyanın onlarla ölkəsində məktəblərə, iş yerlərinə, mediaya, dövlət və hökumət institutlarına, hüquq-mühafizə orqanlarına, məhkəmə və ədliyyə sistemlərinə, hərbi qurumlara, bank və maliyyə sektoruna sıza bilib.

FETÖ 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd edib. Hadisə nəticəsində 180-i mülki şəxs olmaqla, 250-dək Türkiyə vətəndaşı qətlə yetirilib. Bir çox ölkələr FETÖ-nü terror təşkilatı kimi tanıyır.

Azərbaycan və Türkiyə FETÖ-yə qarşı birgə mübarizə aparır.