Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri yalnız bir istəklə diktə olunur – Qərbin və onun peyklərinin Donbassda yaşayan insanlara qarşı başlatdığı müharibəni dayandırmaq.
7Times.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə iştirak etdiyi BRICS sammitinin iclasında deyib.
O qeyd edib ki, Qərb ölkələrinin dünyada öz hegemonluğunu saxlamaq istəyi Ukraynada ağır böhrana səbəb olub.
Putin həmçinin Ukraynadakı münaqişənin həllinə kömək etməyə çalışan BRICS həmkarlarına təşəkkür edib.
Follow @7timesaz