Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqda səfərdədir.
7Times.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli nazir Əbdüllətif Camal Rəşidlə görüşüb. Görüşdə ikitərəfli ticarətin artırılması, terrorla mübarizə və iki ölkə sərhədindən keçən suların səmərəli istifadəsi məsələləri müzakirə edilib.
Xarici işlər naziri Fidan dünən Bağdada rəsmi səfər edib və iraqlı həmkarı Fuad Hüseynlə görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar verib.
Fidanın İraqın baş naziri Məhəmməd Şiya es-Sudani, parlament sədri Məhəmməd Halbusi və Bağdaddakı türkmən icmasının nümayəndələri ilə də görüşü gözlənilir.
O, Ərbildə İraq Kürd Regional Rəhbərliyi (İKRG) rəsmiləri ilə də görüşəcək.
Follow @7timesaz