Ukrayna Silahlı Qüvvələrinin Krımda yerləşən düşərgəyə səhər saatlarında keçirdiyi əməliyyatdan sonra geri çəkilməsini əks etdirən görüntülər yayılıb.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Görüntülərdə ukraynalı hərbçilərin olduğu qayığı Rusiya ordusunun təqib etməsi və tərəflər arasında silahlı qarşıdurmanın baş verməsi öz əksini tapıb.
Rusiya Müdafiə Nazirliyindən hələlik rəsmi şərh verməyib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krımda xüsusi əməliyyat keçirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat itkisiz başa çatıb. Rusiyanın işğalı altındakı Krım yarımadasında Ukraynanın dövlət bayrağı asılıb.
BAKU.WS