Dünya

“Kreml yeni üsyan ehtimalından narahatdır” “Vaqnerçilər”in qohumları sorğu-sual edilir

“Kreml yeni üsyan ehtimalından narahatdır”- “Vaqnerçilər”in qohumları sorğu-sual edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevgeni Priqojin başda olmaqla “Vaqner” rəhbərliyini məhv edən Kreml Priqojinin “davamçılarının” üsyan edə biləcəyindən narahatdır.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Baza” teleqram kanalı belə bir məlumatla çıxış edib.

Xəbərdə deyilir ki, Priqojinin təyyarəsi vurulandan bir neçə saat sonra Rusiya hüquq-mühafizə orqanları “Vaqner” üzvlərinin qohumlarına və yaxınlarına zəng etməyə başlayıblar. Məqsəd “vaqnerçilər”in Priqojinin qətlinə etiraz olaraq, üsyan planlarının olub-olmadığını müəyyən etməkdir.

“Baza” kanalı artıq Moskva vilayətindən və Vladivastokdan “Vaqner” üzvlərinin qohumlarının onlara müraciət etdiklərini bildirib. Həmin şəxslər hüquq-mühafizə orqanlarının onları sorğuladıqlarını qeyd ediblər.

Qeyd edək ki, Priqojinin ölümünü təsdiqləyən “Vaqner”-in informasiya resursları ilk saatlarda təhdid xarakterli məlumatlar yayıb və “vaqnerçiləri” “ədalət yürüşünə” çağırıb. Lakin hələlik bununla bağlı hər hansı kütləvi toplantı, yaxud incident müşahidə olunmayıb.

Bu arada Belarusdakı “Vaqner” düşərgəsində hərəkətlilik müşahidə olunduğu qeyd edilir. Bildirilir ki, “vaqnerçilər”-in gələcək taleyi ilə bağlı hələlik heç nə məlum deyil.