Dünyanın ən məşhur “plus-size” modeli Eşli Qrem “Vogue” jurnalının yeni sayının qəhrəmanı olub.
OLAY yazır ki, 35 yaşlı model nəşr üçün fotosessiyaya çəkilib və bədəni ilə bağlı danışıb.
Eşlinin dediyinə görə, o, 12 yaşında modellik karyerasına başladığı zaman bədəni ilə bağlı tənqidlərlə üzləşib.
Onu çəkən fotoqraf uğur qazanmaq üçün arıqlamalı olduğunu bildirib. Lakin Eşlinin anası fotoqrafa ona bu haqda söz deməyi qadağan edib.
Model bildirib ki, özünü olduğu kimi sevsə də, bədəninin ideal olmadığını anlayır.