İdman

“Barselona”nın hücumçusu əsrin rekorduna imza atdı

“Barselona”nın hücumçusu əsrin rekorduna imza atdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın hücumçusu Lamin Yamal La Liqanın 3-cü turu çərçivəsində “Vilyarreal”a qarşı keçirdikləri oyunda (4:3) məhsuldar ötürmə müəllifi olub.

Fanat.Az “Opta Sport”a istinadən xəbər verir ki, 16 yaş 45 günlüyündə komanda yoldaşına assistentlik edən forvard unikal göstəriciyə imza atıb.

Belə ki, o,  XXI əsrdə La Liqada məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən ən gənc oyunçu olub. Lamin həmklubu Ansu Fatinin rekordunu yeniləyib. Fati bunu 16 yaş 318 günlüyündə bacarmışdı.

Qeyd edək ki, Yamal “Vilyarreal”la matçın 12-ci dəqiqəsində Qavinin fərqlənməsinə şərait yaradıb.