“Backstreet boys” qrupunun solisti Nik Karterin adı yenidən azyaşlıya təcavüz etməkdə hallanır.
Axşam.az xəbər verir ki, sayca üçüncü qadın müğənnin 2003-cü ildə onu dəfələrlə cinsi zorakılığa məruz qoyduğunu iddia edib. Onun sözlərinə görə, həmin vaxt 15 yaşı, ifaçının isə 23 yaşı olub. Yaxtasında ona içki içməyi təklif edən Nik qadının iradəsinə zid hərəkətlər edib.
Nik məsələ ilə bağlı açıqlama verərək bildirb ki, ona qarşı daha anonim adlarla məhkəməyə müraciət edənlərin sayı çoxdur və o, bu ittihamları rədd edir.
Bəlli olub ki, qadın 20 il əvvəl müğənniyə qarşı ittihamlar irəli sürsə də, polis araşdırması nəticəsində işin açılması üçün əsas tapılmayıb.
Follow @7timesaz