İdman

Avropa Liqası: “Qarabağ”ın rəqibləri müəyyənləşdi – YENİLƏNİB

Avropa Liqası: “Qarabağ”ın rəqibləri müəyyənləşdi – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimində “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri bəlli olub.

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünüb.

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).

H qrupu: “Bayer” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç).

Qeyd edək ki, AL-də qrup mərhələsinin oyunları sentyabrın 21-də başlayacaq, dekabrın 14-də yekunlaşacaq.